KOMANDAMIZ HAZIRLIQLARA START VERDİ
ESTAFET/ Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, milli komandamız qarşıdan gələn Olimpiya oyunları üçün təlim-məşqlərə start verib. Gün ərzində iki dəfə, baş məşqçi Reza Mehmandoust və böyük məşqçi Elnur Amanovun rəhbərliyi ilə məşq edən kişi taekvondoçularımız, hal hazırda təlim-məşqləri Azərbaycan Taekvondo Fedrasiyasının inzibati binasının zalında keçirir.
Qadın taekvondoçulardan isə “Rio” Olimpiadasına lisenziyanı təmin edən Patimat Abakarova (49 kq), həmçinin Yaprak Erişin (62 kq) hazırlıq məşqləri iyulun 8-dək Koreyada keçəcək. Baş məşqçi Sun Mi Park iki idmançımızın Asiyada hazırlıq keçməsini məqsədəuyğun hesab edib. -67 kq çəki dərəcəsində Olimpiadaya lisenziya qazanan Fəridə Əzizova (67 kq) isə şəxsi məşqçisinin rəhbərliyi altında hazırlaşır.