Venger İngiltərə yığmasını tənqid etdi
ESTAFET/ “Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger İngiltərə yığmasının AÇ-2024-ün 1/8 finalında Slovakiya yığması ilə oyununda (2:1) çıxışını şərh edib.
Fransız mütəxəssis bu barədə bildirib:
“İngiltərə komandası çox astagəl oynadı, çox təxminediləcək qədər. Oyunçular birləşə bilməyəcək qədər uzaqdadırlar. Sonda onlar taktikaya görə yox, fərdi oyunçulara görə qalib gəldilər”.