Nihat Qasımov Rusiyada finala yüksəldi

ESTAFET/ Azərbaycanın gənc boksçusu Nihad Qasımov Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” Beynəlxalq İdman Oyunlarında finala yüksəlib.

48 kq-da çıxış edən idmançı yarımfinalda əfqanıstanlı Haydari Mujtabanı mübarizədən kənarlaşdırıb.

O, rəqibini 5:0 hesabı ilə məğlub edib. N.Qasımov qızıl medal uğrunda Elyar Rustamovla (Özbəkistan) üz-üzə gələcək. Görüş iyunun 5-də olacaq.

Digər boksçularımızdan Haqverdi Həsənov (57 kq), Nurlan Abışov (60 kq) və Valeh Eyvazlı (66 kq) isə yarımfinalda məğlub olduqları üçün yarışı bürünc medalla bitiriblər.

Müəllif: Natiq NƏSİROV