Yeniyetmələr arasında stolüstü tennis idman növü üzrə Bakı şəhər turniri keçirilib

Bakı Şəhər Gənclər və İdman İdarəsi, “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə iyulun 4-də yeniyetmələr arasında stolüstü tennis idman növü üzrə Bakı şəhər turniri keçirilib. “Şüa” İdman-Sağlamlıq Kompleksində mənfi 2 sistemi üzrə təşkil olunan yarışda, ümummillikdə 48 nəfər həvəskar idmançı iştirak edib.
Respublika səviyyəli hakimlərin idarə etdiyi turnirdə
Qızlar arasında:
I yeri Aynur Ağayeva
II yeri Leyli Məmmədova
III yeri isə Mələk Əhmədzadə
Oğlanlar arasında:
I yeri Ziya Mürşüdlü
II yeri Səid Süleymanzadə
III yeri İsmayıl Məmmədov tutub.
Turnir bağlanış tədbiri və mükafatlandırma ilə başa çatıb, qaliblərə diplom və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, turnirin keçirilməsində məqsəd yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, idmana olan marağın artırılması, eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkilinə dəstək verilməsi idi.
