"Drive Show Baku"da nəfəs kəsici drift şouları və həyəcanlı anlar - FOTO

Bakıda avtomobil həvəskarları üçün maraqlı bir tədbir təşkil olundu. Bu tədbir, nəfəs kəsici drift şouları ilə iştirakçıları və izləyiciləri bir araya gətirdi. Fərqli dizaynlarda və müxtəlif markalarda avtomobillər peşəkar sürücülər tərəfindən nümayiş etdirildi.

"Drive Show Baku" tərəfindən təşkil edilən bu tədbir çərçivəsində böyük həyəcan yaşandı. Drift şouları "Test and Training"da üç mərhələdən ibarət idi. Tematik mərhələdə iştirakçılar vaxt məhdudiyyəti ilə müəyyən edilmiş marşrut üzrə yürüş edərək, təlimçilər və marşalların nəzarəti altında peşəkarlıqlarını və avtomobillərinin imkanlarını nümayiş etdirdilər. Nəticələrə əsasən "time attack" yarışmasında, birinci yerə Rəhman Şıxaliyev, ikinci yerə Elçin Məmmədov, üçüncü yerə isə Amin Səfiquliyev çıxdı.

Tuning mərhələsində iştirakçı avtomobillər arasında ən yaxşı görkəmə malik olan avtomobil seçilərək mükafatlandırıldı. Sonuncu mərhələdə isə izləyicilər üçün maraqlı anlar yaşandı. İştirak edən pilotlar öz istedad və bacarıqlarını nümayiş etdirdilər. Pilotlar yerli və xarici yarışlarda Azərbaycanı təmsil edərək mükafat qazanan peşəkar sürücülər idi. Belə tədbirlər vasitəsilə bu idman sahəsinin inkişafına dəstək olmağı da hədəfləyirlər.

- Tədbir zamanı bütün iştirakçılar və izləyicilər üçün ciddi təhlükəsizlik tədbirləri görülmüşdür. Bu, tədbirin problemsiz və təhlükəsiz keçməsini təmin etmək üçün vacibdir.

- Tədbir çərçivəsində avtomobil həvəskarları üçün əyləncə zonası da təşkil olunmuşdur. Bu zonada müxtəlif oyunlar, simulyatorlar və interaktiv fəaliyyətlər mövcuddur.

"Drive Show Baku"nun təsisçisi İqbal Abdullazadə yarış barədə məlumat verdi: "Bizim məqsədimiz yollarda təhlükəsizliyi təmin etmək və sürət həvəskarlarını trekə dəvət edərək qanuni şəkildə sürətlərini nümayiş etdirmələrini təmin etməkdir. Bu cür tədbirlər vasitəsilə biz həm də yerli sürücüləri və avtomobil həvəskarlarını bir araya gətiririk. Yarış adrenalin dolu anlarla yadda qalan tədbirlərdən biri idi."

Pilot Fərid Quliyev "tədbirin müsbət qiymətləndirildiyini və belə tədbirlərin avtomobil mədəniyyətinə və avtomobil idmanının inkişafına böyük təsir göstərdiyini vurğuladı.

Yerli və xarici yarışlarda Azərbaycanı təmsil edən peşəkar sürücülərimiz yaxın günlərdə daha böyük yarışlara qatılacaqlar. İyul ayının 13-14-də Gürcüstanın Poti şəhərində keçiriləcək beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcək sürücülərimiz, bundan sonra 25 İyul tarixində Qazaxıstanın Almatı şəhərində keçiriləcək "Central Asia Drift Show"da iştirak edəcəklər."

Gələn il isə Bakı Drift Şou 2024 daha da genişləndiriləcək və daha çox iştirakçını bir araya gətirəcək.

Bu cür tədbirlər avtomobil idmanının inkişafına böyük töhfə verir və yerli həvəskarları bir araya gətirərək böyük bir avtomobil cəmiyyəti yaradır.

Baş Sponsor: Tegeta Motors

Sponsorlar: Neokart, İMotors MMC, Wuling Azərbaycan, Altay Group Wash, Pimapen Azərbaycan, Mor MMC, GShock.Az, Berga Tea, Sağlam Ailə tibb mərkəzi, Bizon Energy, Garaj 288

Müəllif: Bəhruz MƏMMƏDOV