“Turan Tovuz” Türkiyəyə yollanacaq

ESTAFET/ Yeni mövsümün hazırlığının ilk mərhələsini başa vuran “Turan Tovuz” təlim-məşq toplanışının ikinci mərhələsi üçün qardaş Türkiyəyə yollanacaq. 

Klubun mətbuat xidmətinin məlumatına görə, komanda iyulun 26-dək Ankaranın Qızılcahamam bölgəsində məskunlaşacaq.

“Turan Tovuz”  bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Təlim-məşq toplanışı çərçivəsində keçiriləcək yoxlama oyunlarındakı rəqiblər haqda əlavə məlumat veriləcək.

Müəllif: Məsim MƏSİMZADƏ