Azərbaycan avarçəkəni dünya çempionatında iştirak edəcək

ESTAFET/ Azərbaycan avarçəkəni Paşa Əsgərov Bolqarıstanın Plovdiv şəhərində yeniyetmə və gənclər arasında keçiriləcək kanoe üzrə dünya çempionatında iştirak edəcək.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından verilən məlumata görə, 64 ölkədən 1000-ə yaxın idmançının mübarizə aparacağı yarışda iştirakçılar kanoe, kayak və akademik avarçəkmə üzrə 200, 500 və 1000 metr məsafəyə yürüşlərdə güclərini sınayacaqlar.

Dünya çempionatı iyulun 17-21-də təşkil olunacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV