Millimiz mübarizəyə başlayır

ESTAFET/ 18 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının C divizionunda yarışacaq.

Qrup oyunları Kosovonun paytaxtı Priştinada keçiriləcək.

Azərbaycan millisi B qrupunda Albaniya, Gürcüstan və Ermənistan komandaları ilə qarşılaşacaq. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi yığmamız ilk oyununu bu gün Albaniyaya qarşı keçirəcək. Bir gün sonra Gürcüstanla üz-üzə gələcək basketbolçularımız qrupun son matçında Ermənistanla qüvvələrini sınayacaqlar.

23 iyul 2024
19:00. Azərbaycan - Albaniya

24 iyul 2024  
19:00. Azərbaycan - Gürcüstan

25 iyul 2024
16:30. Azərbaycan - Ermənistan

Müəllif: Məsim MƏSİMZADƏ