“Beşiktaş” yeni transferini açıqladı

ESTAFET/ Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Klubun mətbuat xidmətinin xəbərinə görə, İstanbul təmsilçisi Türkiyənin 1-ci Liqa klubu "Karagümrük"dən Can Keleşlə anlaşıb.
"Beşiktaş" 22 yaşlı futbolçunu tibbi müayinədən keçirib. Onunla 4 illik müqavilə imzalanıb.
İstanbul nəhəngi bu transfer üçün 2,75 milyon avrosundan keçib.
