Joao Feliks karyerasını Premyer Liqada davam etdirə bilər

ESTAFET/ Madrid “Atletiko”sunun və Portuqaliya yığmasının vingeri, ötən mövsümü icarə əsasında “Barselona”da keçirmiş Joao Feliks İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Feliksə ilə “Aston Villa” maraqlanır.

Birmingem təmsilçisinin baş məşqçisi, ispan mütəxəssis Unai Emeri Joao Feliksi komandasında şəxsən görmək istəyir.

Hazırda, müqaviləni başa çatdırmağın maliyyə baxımından çətin olacağı vurğulanır, amma “Aston Villa”, Mussa Diabini 60 milyon avro məbləğ müqabilində “Əl-İttihad”a satdıqdan sonra, Joao Felikslə müqavilə imzalamaq imkanını nəzərdən keçirmək Birmingem klubu üçün gerçək olacaq.

Müəllif: Məsim MƏSİMZADƏ