“Turan Tovuz”dan növbəti transfer

ESTAFET/ "Turan Tovuz" heyətini daha bir futbolçu ilə gücləndirib.

Klubun mətbuat xidmətinin məlumatına görə, qərb təmsilçisi son mövsümü icarə əsasında "Kəpəz"də keçirən Rüfət Əhmədovla anlaşıb.

Müdafiənin hər iki cinahında oyanayan Azərbaycanın U-21 millisinin üzvü ilə "2+1" illik müqavilə bağlanıb.

Əhmədov "Qəbələ"nin yetirməsidir. O, U 21-millisinin heyətində 8 oyunda meydana çıxıb.

Müəllif: Bəhruz MƏMMƏDOV