Millimiz Bakıda toplanış keçəcək

ESTAFET/ Çimərlik futbolu üzrə Azərbaycan millisi avqustun 1-dən 31-dək Bakıda təlim-məşq toplanışı keçəcək.
Yığmamız hazırlıq prosesi çərçivəsində Belarusla iki yoxlama oyununda qüvvəsini sınayacaq.
Matçlar avqustun 26-da və 27-də, saat 18:00-da Su İdmanı Sarayının çimərlik meydançasında təşkil olunacaq.
Təlim-məşq toplanışına 12 futbolçu dəvət alıb.
Qapıçılar: Vaqif Şirinbəyov, Elçin Qasımov;
Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynallı, Amid Nəzərov, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Əbdül Əliyev, Kamil Hüseynov.
