KAMRAN NÖVBƏTİ MƏRHƏLƏDƏ, SOTOMAYOR DAYANDI: DÇ-2017

ESTAFET/ Xəbər verdiyimiz kimi Hamburqda (Almaniya) boks üzər Dünya çempionatı start götürüb. Dünyanın seçilmiş 280 boksçusu burada 9 gün ərzində 10 çəki dərəcəsində ən güclüləri müəyyən edəcəklər.

 

Azərbaycan mundialda 4 boksçu ilə təmsil olunur - Lorenso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq).

 

Bu gün mundialda 3-cü döyüş günü idi və təmsilçilərimizdən ikisi - Lorenso Sotomayorla Kamran Şahsuvarlı rinqə çıxıblar. Sotomayor hakim ədalətsizliyi ilə üzləşərək 2:3 hesablı məğlubiyyət alıb və mündialı tərk edib.

 

75 kq çəki dərəcəsindəki boksçumuz Kamran Şahsuvarlı isə holland boksçu ilə mübarizədə 3:2 hesabı ilə üstün olub və növbəti mərhələyə adlayıb. Bu mərhələdə boksçumuzun rəqibi kolumbiyalı Jorje Palasios olacaq. Döyüş sabah günorta senasında keçiriləcək.