AZƏRBAYCANIN 2-Cİ KOMANDASI BAKIDA TOPLANDI

ESTAFET/ 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək kişi şahmatçılardan ibarət Azərbaycanın ikinci komandasının ilkin heyəti açıqlanıb. Yarışın Əməliyyat Komitəsindən estafet.az-a verilən məlumata görə, heyətə Qədir Hüseynov, Vasif Durarbəyli, Namiq Quliyev, Nicat Abbasov, Vüqar Rəsulov və Ülvi Bacarani cəlb olunub.

Onlar Bakıda təlim-məşq toplanışına başlayıblar. Toplanışın yekununda olimpiadada ikinci komandanın şərəfini qoruyacaq beş şahmatçının adı məlum olacaq. H
azırlıq mərhələsi İsrail qrossmeysteri, Avropa çempionu Emil Sutovskinin rəhbərliyi altında keçirilir. 

 

Reqlamentə uyğun olaraq, Azərbaycan təşkilatçı ölkə kimi Olimpiadada 3 kişi və 3 qadın komandasıyla təmsil olunacaq. Kişi şahmatçılardan ibarət əsas milli mötəbər yarışa Qəbələdə hazırlaşır.