AZƏRBAYCANIN 2-Cİ KOMANDASI BAKIDA TOPLANDI
ESTAFET/ 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək kişi şahmatçılardan ibarət Azərbaycanın ikinci komandasının ilkin heyəti açıqlanıb. Yarışın Əməliyyat Komitəsindən estafet.az-a verilən məlumata görə, heyətə Qədir Hüseynov, Vasif Durarbəyli, Namiq Quliyev, Nicat Abbasov, Vüqar Rəsulov və Ülvi Bacarani cəlb olunub.
Onlar Bakıda təlim-məşq toplanışına başlayıblar. Toplanışın yekununda olimpiadada ikinci komandanın şərəfini qoruyacaq beş şahmatçının adı məlum olacaq. Hazırlıq mərhələsi İsrail qrossmeysteri, Avropa çempionu Emil Sutovskinin rəhbərliyi altında keçirilir.
Reqlamentə uyğun olaraq, Azərbaycan təşkilatçı ölkə kimi Olimpiadada 3 kişi və 3 qadın komandasıyla təmsil olunacaq. Kişi şahmatçılardan ibarət əsas milli mötəbər yarışa Qəbələdə hazırlaşır.