ABIŞOV ÜÇÜN YUBİLEY TURU
ESTAFET/ Topaz Premyer Liqasının III turu "Neftçi"nin futbolçusu Ruslan Abışov üçün əlamətdar olub. Paytaxt təmsilçisinin kapitanı Azərbaycan çempionatında 200-cü matçını keçirib.
Ölkə çempionatında 2006/07 mövsümündə "Neftçi"nin heyətində debüt edən Ruslan 11-ci mövsümünü keçirdiyi yarışda 4 klubun formasını geyinib. O, 200 matçda 17 qol sevinci yaşayıb.
Daha çox - 126 dəfə "Neftçi"nin şərəfini qoruyan Abışov "Qəbələ"də 44, "Xəzər Lənkəran"da 17, "İnter"də 13 dəfə meydana çıxıb.