Paris-2024 Yay Paralimpiya Oyunları Azərbaycanda canlı yayımlanacaq

Paris-2024 Yay Paralimpiya Oyunlarında çıxış edən bütün təmsilçilərimizin görüşləri canlı yayımlanacaq.

Təmsilçilərimizin bütün çıxışları İctimai Televiziya vasitəsilə azarkeşlərə nümayiş olunacaq.

Bu, Azərbaycan teleməkanında ilk belə hadisədir. İndiyədək Paralimpiada ölkəmizdə bu şəkildə yayımlanmayıb.

Qeyd edək ki, Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-nə qədər keçiriləcək.

Müəllif: Bəhruz MƏMMƏDOV