Osimhen “Napoli”də qalacaq

ESTAFET/ “Napoli”nin nigeriyalı hücumçusu Viktor Osimhen ona maraq göstərən “Çelsi”yə keçməmək və Neapol klubunda qalmaq qərarına gəlib.

Daha əvvəl mətbuatda, nigeriyalı hücumçunun “zadəganlar”ın həftəlik 155 min funt-sterlinq (184 min avro) məbləğində maaş təklifini rədd etdiyi barədə məlumat yayılmışdı.

Vurğulanırdı ki, “Çelsi” təmsilçiləri Osimheni “zadəganlar”a qoşulmağa razı salmaq cəhdlərindən əl çəkmirlər.

Müəllif: Zaur HACIYEV