“Oyunçularımız da başa düşür ki...”: Santuş
ESTAFET/ Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş İsveç yığmasına qarşı keçirəcəkləri Millətlər Liqasının oyunundan öncə baş tutan mətbuat konfransında iştirak edib.
69 yaşlı mütəxəssis sabah onları çətin qarşılaşmanın gözlədiyini bildirib:
"Komandamızın zəif nöqtələrini müzakirə etmişik. Oyunçularımız da başa düşür ki, sabah bizim üçün çətin olacaq. Futbolçularımızda qələbə qazanmaq arzusu görürəm. Rəqib komandanın son 4 oyununu izləmişik. Onların zəif nöqtələrini özümüz üçün müəyyənləşdirməyə çalışdıq. Bununla belə, onların üstün cəhətləri də var. Futbolçularımıza əsasən izah olundu ki, rəqib komanda hücuma çıxarkən necə müdafiə olunmalıyıq".
Sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - İsveç matçının start fiti saat 20:00-da səsləndiriləcək.