GƏNCLƏR ARASINDA AVROPA ÇEMPİONATI BAŞA ÇATDI
İyunun 7-14 tarixi aralığında Anapa şəhərində (Rusiya) boks üzrə gənclər arasında Avropa çempionatı keçirilib. Çempionata 10 boksçu ilə qatılan Azərbaycan 4 medalla (1 gümüş, 3 bürünc) ümumi komanda hesabında meydan sahibləri və Gürcüstandan sonra 3-cü yeri tutub.
Komandamızın aktivinə medalları Ruslan Rüstəmov (52 kq, gümüş), Sərxan Əliyev (60 kq, bürünc), Bəxtiyar Qazıbəyov (64 kq, bürünc) və Şahin Musayev (91 kq, bürünc) yazdırıblar.