"ƏSAS MƏSƏLƏYƏ NAİL OLDUQ" - LARS LAQERBEK
ESTAFET/ 2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə Dünya Çempionatının Avropa zonası üzrə seçmə qrup mərhələ oyununda Norveç-Azərbaycan görüşündən sonra məşqçilərin mətbuat konfransı keçirilb. Norveç yığmasının baş məşqçisi Lars Laqerbek oyun haqda aşağıdakı fikirləri səsləndirib:
"Bugünkü oyunda əsas məsələ qələbə qazanmaq idi. Buna da nail olduq. Futbolçularımın çıxışından və oyuna yanaşmalarından xeyli razı qaldım. Bu 3 xal bizim üçün böyük əhəmiyyət kəsb edirdi. Biz neçə dəfə özümüz rəqibə qol vurmaq şansı yaratdıq. Qarşıdakı görüşlərdə belə səhvləri təkrarlamaq olmaz. Bununla belə, oyundan razıyam. Məqsədimizə nail olduq. Norveç millisiinin baş məşqçisi kimi fəaliyyətimə qiymət verməyə tələsmirəm. Çünki cəmi 4 oyun keçirmişəm. Ümidvaram ki, Norveçdəki işim İslandiyadakı kimi uğurlu olacaq".