"QARABAĞ"DAN NÖVBƏTİ TRANSFER
ESTAFET/ Yay transfer pəncərəsinin son günündə "Qarabağ" növbəti transferini həyata keçirib. Yunanıstanın PAOK klubunda çıxış edən Pedro Enrike bu mövsümü icarə əsasında UEFA Çempionlar Liqasındakı təmsilçimizin heyətində keçirəcək. 27 yaşlı futbolçu həm sol cinah yarımmüdafiəçisi, həm də hücumçu kimi çıxış edir.
Qeyd edək ki, daha öncə İsveçrənin "Sürix" klubunda da oynamış braziliyalı vinger 2016-cı ildə Fransanın "Renn" klubundan PAOK-a keçib. Braziliyalı oyunçu Saloniki klubunda 23 oyunda 6 qol vurub.