Azərbaycan idmançısı İsveçdə “qızıl” qazandı
Qılıncoynatmanın şpaqa növü üzrə yeniyetmələrdən ibarət milli komandamızın üzvü Vahab Fətullayev İsveçin Örebro şəhərində keçirilən " Örebro Masters - Nordic Championships" beynəlxalq turnirində qızıl medal qazanıb.
Ölkəmizlə yanaşı İsveç, Norveç, Danimarka, Litva, Estoniya, Kanada, İtaliya, Finlandiya və Yaponiyadan 100-ə yaxın iştirakçının yarışdığı beynəlxalq turnirdə qrup mərhələsini 5 qələbə ilə başa vuran Vahab 17 yaşadək oğlan şpaqaçıların fərdi mübarizəsində pley-offa yüksəlib. Finala gedən yolda Norveç, Danimarka, Estoniya və İsveçi təmsil edən rəqiblərinə qalib gələn Vahab Fətullayev həlledici qarşılaşmada İsveç təmsilçisi Filip Zimmermana 15:10 hesabı ilə qalib gələrək fəxri kürsünün ilk pilləsində yer alıb.