Qılıncoynadanlarımız bürünc qazandılar - III MDB Oyunları

ESTAFET/ III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında qılıncoynatma üzrə yarışlar davam edir.

Azərbaycanlı idmançılar Abbas Hüseynov, Nahid Məmmədli, Rəsul Əliyev və Timur Hüsnəddinovdan ibarət millimiz 1/4 finalda Belarus yığmasına 45:40 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Bu mərhələdə Rusiya komandasına rəqib olan sablyaçılarımız 32:45 hesabı ilə uduzub və bürün mükafata sahib çıxıb.

Xatırladaq ki, bundan öncə Azərbaycanın qızlardan ibarət şpaqa üzrə milli komandası isə (Mirnuray Abasova, Aynur Quliyeva, Nəzrin Mehdiyeva və Xədicə Həsənli) Özbəkistana 37:45 hesablı ilə uduzaraq bürünc medal qazanmışdı.

Müəllif: Natiq NƏSİROV