Avropa Kubokunun qalibləri Vətənə qayıdıblar

10-13 oktyabr tarixlərində Fransanın Montpellier şəhərində keçirilən çimərlik voleybolu üzrə Avropa Kubokunun (Beach Volley European Cup) qalibi olmuş “AZERRAIL” klubunun qadın və kişi komandaları bu gün Vətənə qayıdıblar.

Avropa Kubokunda bütün rəqiblərinə qalib gələn  komandalarımızı Azərbaycan Voleybol Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Müəllif: Bəhruz MƏMMƏDOV