"Mingeçevir Reqatas"ında ilk medallarımız qazanıldı

Xəbər verdiyimiz kimi bu gün Mingeçəvir şəhərində Azərbaycan Kanoe və Avar Çəkmə Federasiyasının təşkilatçılığı ilə 12 ölkənin iştirakı ilə Beynəlxalq "Mengəçevir Reqatası" keçirilir. 

Təmsilçilərimizin bəziləri çıxışlarını uğurla başa vurub. Beləki 2006-2007-ci il təvəllüdlü idmançıların yarışında Amil Ramazanov 1 nəfərlik kayak yarışında 500 metri hərkəsdən birinci keçərək. Qızıl medala sahib olub.

Digər təmsilçimiz Əlimurad Hacızadə 2008-2009-cu il təvəllüdlü idmançıların yarışında finişə ikini çataraq bürünc medala yiyələnib.

Yenə 2008-2009-cu il təvəllüdlü idmançıların yarışında Niyaz Məlikov və Elvin Əliyev çütlüyü finişə üçüncü çataraq bürünc medala yiyələniblər.

Müəllif: Bəhruz MƏMMƏDOV