“Barselona” bir sıra futbolçuları ilə müqavilələrini yeniləyəcək

ESTAFET/ “Barselona”nın prezidenti Joan Laporta klubun hazırda müqavilə müddətini uzatmağı nəzərdə tutduğu futbolçuların adlarını çəkib.
Laportanın bu haqda fikirləri belə olub:
“Biz Arauxo, De Yonq və Pedri ilə yeni müqavilələr üzərində işləyirik. Qavi ilə müqavilənin də müddətinin uzadılacağını təsdiq edə bilərəm”.
