“Real” “Barselona”nın uğursuzluğuna şaddır

ESTAFET/ Məlum olduğu kimi, “Barselona”nın dekabr ayının 20-də İspaniya La Liqası çərçivəsində “Vilyarreal”a qarşı Mayamidə keçirilməsi nəzərdə tutulan oyununun ABŞ-da keçirilməsi qərarı İspaniya La Liqası tərəfindən ləğv edilib.

Bu oyunun ABŞ-da keçirilməsinə qarşı olan əsas qüvvələrdən biri – İspaniya nəhəngi “Real” bu işə çox sevinir.

Belə ki, “Kral klubu”, ispan futbolunun dəyərlərinin qorunub-saxlanılmasının, klubların şəxsi maliyyə maraqlarından üstün olduğunu əsaslandıran mövqedən çıxış edir.

Müəllif: Orxan NOVRUZOV