“Sağlam həyat” Daşkəsəndə

Gənclər və İdman Nazirliyi tərəfindən bölgələrdə keçirilən səyyar “Sağlam həyat” layihəsi davam edir. Layihə çərçivəsində səyyar idman avtomobili oktyabrın 15-də Daşkəsəndə olub.

Daşkəsən şəhərində Heydər Əliyev Mərkəzinin qarşısında baş tutan tədbirə qoşulan idman həvəskarları öz yaş qrupları üzrə müxtəlif idman normativlərini yerinə yetirərək fiziki bacarıqlarını sınayıblar. Qaliblər müvafiq sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, layihə çərçivəsində "Sağlam həyat" avtomobili ölkənin digər bölgələrinə də istiqamət alacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV