Avropa birinciliyinə 11 atletimiz yollanacaq
24 oktyabr-4 noyabr tarixlərində Polşanın Raşin şəhərində ağırlıqqaldırma üzrə gənclər və 23 yaşadək idmançılar arasında Avropa birinciliyi keçiriləcək. Yarışda ölkəmizi 10 kişi və 1 qadın atlet təmsil edəcək. Bunlar Elşən Məmmədov (61 kq), Qasım İsmayılov (67 kq), Tehran Məmmədov (67 kq), Fuad Həsənov (67 kq), Mahmud Qədirov (73 kq), Ravin Alməmmədov (81 kq), Fuqan Əliyev, (81 kq), Ömər Cavadov (81 kq), Nurlan Məmmədzadə (89 kq) və Əli Şükürlüdür (109 kq).
Qadınların yarışında körpücük üzərinə Rahilə Hüseynzadə (81 kq) çıxacaq.