DÜNYA KUBOKUNDA TƏMSİLÇİMİZ QALMADI
ESTAFET/ Xəbər verdiyimiz kimi, Tbilisidə şahmat üzrə Dünya Kuboku davam edir. Azərbaycan bu nüfuzlu yarışda Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla təmsil olunur.
1/64 final mərhələsini uğurla adlayan hər iki şahmatçımız 1/32 finalda mübarizəni davam etdirirlər.
Təssüf ki, yığmamızın lideri Şəhriyar Məmmədyarov bu mərhələdə Ukrayna təmsilçisi Yuriy Kuzubovla mübarizədən məğlub ayrılaraq Dünya Kuboku ilə vidalaşıb. İlk iki klassik görüş bərabərliklə yekunlaşdığından qaliblər tay breykdə müəyyənləşib. Burada isə Ukrayna şahmatçısı hər iki götüşü qələbə ilə başa vuraraq, növbəti mərhələyə yüksəlib.
Teymur Rəcəbov da klassik görüşlərdə iki bərabərlikdən sonra tay-breykdə mübarizəni davam etdirir. 25+10 dəqiqəlik sürətli oyunlarda da bərabərlik qeydə alındığından 10+10 dəqiqəlik oyunlara keçilib. Burada hərəyə 1 qələbə qazanan şahmatçılar 5+3 dəqiqəlik sürətli şahmat oynayıblar. Daha dəqiq olan rus şahmatçı Artemiyev növbəti mərhələyə keçən tərəf olub.
Bununla da Dünya Kubokunda Azərbaycan təmsilçisi qalmayıb.