KLASSİKLƏRDƏN 3 QIZIL, 1 GÜMÜŞ, 1 BÜRÜNC

ESTAFET/  Buxarestdə (Rumıniya) gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir. Dünəndən start götürən çempionatda yunan-roma güləşçiləri artıq mübarizəni yekunlaşdırıb. Xəbər verdiyimiz kimi Azərbaycan bu növdə tam heyətlə mübarizə aparırdı. Mübarizənin yekunlarına əsasən komandamızın çıxışını uğurlu saymaq olar. Belə ki, Azərbaycan "klassikləri" çempionatı 5 medalla başa vurdu - 3 qızıl, 1 gümüş və 1 bürünc. Mükafat qazanan idmançılarımızın nəticələrini təqdim edirik:


50 kq - Azər Nəsibli (gümüş medal)

1/4 Azər Nəsibli - Czaba Horvath (Macarıstan) 8-0

1/2 Azər Nəsibli - Artem Belousov (Belarus) 8-0

Final: Azər Nəsibli - Nugzari Tsurtsumiya (Gürcüstan) 8-10


55 kq - Nofəl Babayev (qızıl medal)

1/8 Nofəl Babayev - Dato Şxartişvili (Gürcüstan) 5-5 tuşe

1/4 Nofəl Babayev - Ekrem Öztürk (Türkiyə) 7-6

1/2 Nofəl Babayev - Teodor Horatau (Rumıniya) 6*-6 son xal

Final: Nofəl Babayev - Zhora Abovyan (Ukrayna) 4-2


60 kq - Mikayıl Rəhmanov (qızıl medal)

1/8 Mikayıl Rəhmanov - Etyen Kinsinger (Almaniya) 1-0

1/4 Mikayıl Rəhmanov - Aleksandru Solomon (Rumıniya) 11-0

1/2 Mikayıl Rəhmanov - Nestar Nestarov (Bolqarıstan) 7-1

Final: Mikayıl Rəhmanov - Levani Kavjaradze (Gürcüstan) 11-2


66 kq - Sənan Süleymanov (bürünc medal)

1/16 Sənan Süleymanov - Aleksa Erski (Serbiya) 6-2

1/8 Sənan Süleymanov - Malxas Amoyan (Ermənistan) 9-6

1/4 Sənan Süleymanov  - Leos Drmola (Slovakiya) 10-2

1/2 Sənan Süleymanov  - Pərviz Nəsibov (Ukrayna) 7-7* son xal

3-cü yer üçün: Sənan Süleymanov - Valeriu Toderean (Moldova) 10-0 


84 kq - İslam Abbasov (qızıl medal)

1/8 İslam Abbasov - Efstatios Nikitas (Yunanıstan) 9-0

1/4 İslam Abbasov - Arian Gueney (Almaniya) 8-0

1/2 İslam Abbasov - İvan Huklek (Xorvatiya) 11-2

Final: İslam Abbasov - Əli Cengiz (Türkiyə) 6-1