KLASSİKLƏRDƏN 3 QIZIL, 1 GÜMÜŞ, 1 BÜRÜNC
ESTAFET/ Buxarestdə (Rumıniya) gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir. Dünəndən start götürən çempionatda yunan-roma güləşçiləri artıq mübarizəni yekunlaşdırıb. Xəbər verdiyimiz kimi Azərbaycan bu növdə tam heyətlə mübarizə aparırdı. Mübarizənin yekunlarına əsasən komandamızın çıxışını uğurlu saymaq olar. Belə ki, Azərbaycan "klassikləri" çempionatı 5 medalla başa vurdu - 3 qızıl, 1 gümüş və 1 bürünc. Mükafat qazanan idmançılarımızın nəticələrini təqdim edirik:
50 kq - Azər Nəsibli (gümüş medal)
1/4 Azər Nəsibli - Czaba Horvath (Macarıstan) 8-0
1/2 Azər Nəsibli - Artem Belousov (Belarus) 8-0
Final: Azər Nəsibli - Nugzari Tsurtsumiya (Gürcüstan) 8-10
55 kq - Nofəl Babayev (qızıl medal)
1/8 Nofəl Babayev - Dato Şxartişvili (Gürcüstan) 5-5 tuşe
1/4 Nofəl Babayev - Ekrem Öztürk (Türkiyə) 7-6
1/2 Nofəl Babayev - Teodor Horatau (Rumıniya) 6*-6 son xal
Final: Nofəl Babayev - Zhora Abovyan (Ukrayna) 4-2
60 kq - Mikayıl Rəhmanov (qızıl medal)
1/8 Mikayıl Rəhmanov - Etyen Kinsinger (Almaniya) 1-0
1/4 Mikayıl Rəhmanov - Aleksandru Solomon (Rumıniya) 11-0
1/2 Mikayıl Rəhmanov - Nestar Nestarov (Bolqarıstan) 7-1
Final: Mikayıl Rəhmanov - Levani Kavjaradze (Gürcüstan) 11-2
66 kq - Sənan Süleymanov (bürünc medal)
1/16 Sənan Süleymanov - Aleksa Erski (Serbiya) 6-2
1/8 Sənan Süleymanov - Malxas Amoyan (Ermənistan) 9-6
1/4 Sənan Süleymanov - Leos Drmola (Slovakiya) 10-2
1/2 Sənan Süleymanov - Pərviz Nəsibov (Ukrayna) 7-7* son xal
3-cü yer üçün: Sənan Süleymanov - Valeriu Toderean (Moldova) 10-0
84 kq - İslam Abbasov (qızıl medal)
1/8 İslam Abbasov - Efstatios Nikitas (Yunanıstan) 9-0
1/4 İslam Abbasov - Arian Gueney (Almaniya) 8-0
1/2 İslam Abbasov - İvan Huklek (Xorvatiya) 11-2
Final: İslam Abbasov - Əli Cengiz (Türkiyə) 6-1