Stolüstü tennisçilərimiz beynəlxalq yarışın qalibi olublar

Stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli Latviyanın paytaxtı Riqada keçirilən “Riga City Council’s Youth Cup” beynəlxalq turnirində etimadı doğruldublar.

U-13 yaş dərəcəsində mübarizə aparan idmançılar bütün rəqiblərinə qalib gələrək baş mükafata layiq görülüblər.

Qeyd edək ki, seçmə komandamız beynəlxalq yarışa 16 idmançı ilə qatılıb. Riqa sınaqlarına sabah yekun vurulacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV