Maqomed-Başir Xaniyev dünya çempionu oldu
Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatına yekun vurulub.
Həftəsonu sərbəst güləş üzrə son 5 çəkidə qaliblər müəyyənləşib.
Vasif Bağırov (57 kq) debütdə ermənistanlı Manvel Xndzrtsyana (2:12) məğlub olub.
Rəşid Babazadə (65 kq) bəhreynli Alibeq Alibeqova (5:1) və fransalı Xamzat Arsamerzoyevə (2:1) qalib gələrək 1/4 finala yüksəlib. Həmyerlimiz yarımfinal uğrunda mübarizədə özbəkistanlı Umidcan Jəlalovla bacarmayıb – 0:11.
Maqomed-Başir Xaniyev (70 kq) startda belçikalı Muhammad Abduraxmanovu “tuş”la üstələyib. Təmsilçimiz 1/8 finalda Puerto-Riko idmançısı Elih Riveranı da vaxtından əvvəl xalçadan məyus yola salıb – 10:0. Xaniyev növbəti mərhələdə gücünü tacikistanlı Mustafa Axmedova göstərib – 10:4. Maqomed-Başir yarımfinallda isə hindistanlı Sucet Sucetdən “tuş”la üstün olub. Milli üzvü finalda rusiyalı Maqomed Eltemirovla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə minimalhesablı qələbə (5:4) qazanan Xaniyev dünya çempionu olub.
Ali Tsokayev (79 kq) təsnifat mərhələsində albaniyalı Aryan Danaya tam üstünlüklə (11:0) qalib gəlsə də, 1/8 finalda ukraynalı İvan Haraşukla görüşdə zədələndiyi üçün mübarizəni başa vurub.
Aslan Abakarov (97 kq) ilk mərhələdə iranlı Mehdi Hacıloyana (0:10), təsəlliverici görüşdə isə amerikalı Massoma Endeneyə (7:7) məğlub olub.