200-ə yaxın atıcı “Zəfər Kuboku” uğrunda yarışacaq

31 oktyabr-2 noyabr tarixlərində Bakı Atıcılıq Mərkəzində Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Azərbaycanın Vətən Müharibəsində qazandığı şanlı Qələbəyə həsr olunmuş “Güllə və Stend atıcılığı üzrə Zəfər Kuboku” keçirilir.
3 gün davam edəcək turnirdə ölkənin müxtəlif bölgələrindən olan və fərqli idman klublarını təmsil edən 200-ə yaxın idmançı güllə atıcılığı üzrə pnevmatik tapança və tüfəng, stend atıcılığı üzrə dairəvi və səngər stendi üzrə həm fərdi, həm də solo formatda keçiriləcək yarışlarda mübarizə aparacaqlar.
