Şəhidin xatirəsinə həsr edilmiş karate turniri keçirilib

ESTAFET/ Azərbaycan Karate Federasiyasının (AKF) təşkilatçılığı ilə şəhid Elfaq Nağıyevin xatirəsinə həsr edilmiş karate turniri keçirilib.

Yarış Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində baş tutub.

Tədbirdə Elfaq Nağıyevin valideynləri - atası Azad Nağıyev, anası Aytəkin Nağıyeva, Milli Məclisin deputatı, AKF-nin prezidenti Ülvi Quliyev, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov, deputatlar Göydəniz Qəhrəmanov, Pərvanə Vəliyeva, Mehriban Vəliyeva, Sevinc Fətəliyeva, Sevinc Hüseynova və 40-a yaxın şəhid ailə üzvləri, qazilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Turnirdə ümumilikdə 400-dən çox karateçi AKF tərəfindən şəhidin xatirəsinə xüsusi təsis edilmiş medallar uğrunda gərgin mübarizə aparıb.

Müəllif: Natiq NƏSİROV