MERKEL TRANSFER QİYMƏTLƏRİNƏ SƏRT REAKSİYA BİLDİRDİ
ESTAFET/ Almaniya kansleri Angela Merkel futbol klublarının oyunçuların transferlərinə xərclədiyi məbləğin həddən artıq yüksəlməsini Almaniyanın Mittelbayerische Zeitung nəşrinə şərh edib.
"Mən futbolda maliyyə hərəkətlərinin inkişafını kritik nöqteyi-nəzərdən izləyirəm. Klubların transferlərə xərclədiyi məbləğlər sadə insanlar üçün əlçatmazdır. FIFA və UEFA klublar arasında balansı saxlamaq üçün transfer qaydalarını tənzimləməlidirlər. Transfer məbləğlərinin daha çox artması hallarını izləməməlidirlər"
Xatırladaq ki, bu yay Fransanın PSJ klubu "Barcelona"nın (İspaniya) braziliyalı futbolçusu Neymarın transferinə 222 milyon avro ödəmişdi.