BOKSÇULARIMIZDAN TARİXİ UĞUR

ESTAFET/ Bakıda keçirilən boks üzrə Dünya Olimpiya Təsnifat Turnirinin final görüşlərinin yekununda Azərbaycan 10-cu lisenziyasını qazandı. Belə ki, 75 kq şəki dərəcəsində ölkəmizi təmsil edən Kamran Şahsuvarli ilk beşliyə düşməklə sonuncu vəsiqəni qazanıb. Bunda Kamranın 1/4 final mərhələsində məğlub olduğu irland boksçu Maykl Oreylinin turnirin qalibi olmasının böyük rolu olub. 


Beləliklə kişilərdən ibarət Azərbaycan boks yığması tarixində ilk dəfə Olimpiya oyunlarında tam heyətlə təmsil olunacaq. Bunadək isə ən yüksək nəticə 2004 Afina Yay Olimpiya Oyunlarında qeydə alınmışdı. Afinada 9 boksçu ilə təmsil olunmuşduq. 


Rio-2016 rinqində ölkəmizi təmsil edəcək boksçular:

Rüfət Hüseynov (49 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Teymur Məmmədov (81 kq), Abdulqadir Abdullayev (91 kq), Məhəmməfrəsul Məcidov (+91 kq)


Qeyd: Qadın boksundsa Yana Alekseyevna (60 kq) tək lisenziyamızın sahibidi.