Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Azərbaycan karateçiləri Çanaqqalada beynəlxalq turnirdə uğurla çıxış ediblər -
Azərbaycan karateçiləri Çanaqqalada beynəlxalq turnirdə uğurla çıxış ediblər

16-17 noyabr tarixlərində Türkiyənin Çanaqqala şəhərində 15 ölkədən 1100-ə yaxın idmançının iştirakı ilə karate üzrə beynəlxalq turnir keçirilib.

Təmsilçilərimizdən uşaqlar arasında (10-11 yaş), -35 kiloqram çəki dərəcəsində  Rzaquliyev Qəhrəman 4 döyüş keçirərək 5-ci yerdə, gənclər arasında (16-17 yaş), -68 kq çəki dərəcəsində Musayev Nəsimi yalnız finalda məğlub olaraq gümüş medala sahib olub.

Qeyd edək ki, təmsilçilərimizin şəxsi məşqçisi əməkdar məşqçi Seymur Xudaverdiyevdir.

Müəllif: Bəhruz MƏMMƏDOV