Azərbaycan karateçiləri avropa kuboku üçün Antverpenə yola düşdü
23-24 noyabr 2024-cü il tarixlərində fullkontakt kyokuşin karate üzrə 2-ci avropa kubokunda iştirak edəcək milli komandamızın üzvləri Belçikanın Antiverpen şəhərinə yola düşüb.
Yığmamız 2-ci avropa kubokunda 8 nəfərdən ibarət heyətlə baş məşqçi Samir Məmmədovun rəhbərliyi altında mübarizə aparacaq. Bir nəfər hakimimiz (Mail Abdullayev) ədaləti qoruyacaq.
Qeyd edək ki, avropa kubokunda ilk üç yeri tutmuş karateçilər fullkontakt kyokuşin karate üzrə dünya çempionatına lisenziya qazanacaq.
Milli komandamız yarışa AKF-nin kontakt karate üslubları üzrə vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında yollanıb.