Azərbaycan karateçiləri Venesiyada medallar qazanıblar

4-8 dekabr tarixlərində İtaliyanın Venesiya şəhərində keçirilən Dünya Karate Federasiyasının (WKF) yeniyetmə və gənclər arasında təşkil etdiyi "2024 / Karate-1 Liqa" yarışlarında Azərbaycan karateçiləri uğurlu çıxışları ilə seçiliblər.
Elməddin Səlimli (12-13 yaş, -45 kq) gümüş medal qazanaraq möhtəşəm nəticə göstərib. Vüsal Qənbərov (14-15 yaş, -52 kq) isə bürünc medal əldə edərək yarışlarda ölkəmizi layiqincə təmsil edib.
Bu nailiyyətlər, gənc karateçilərimizin dünya səviyyəsində artan potensialını və ölkəmizin karate idmanında möhkəmlənən mövqeyini bir daha təsdiq edir.
