"Seni Cup" Azərbaycan çempionatının final mərhələsi keçirilib

“Sərhədçi” İdman Olimpiya Mərkəzində boççia idman növü üzrə “Seni Cup” Azərbaycan çempionatının final mərhələsi baş tutub. Yarış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin, Milli Paralimpiya Komitəsinin, Boççia İdman Federasiyasının və "Seni" şirkətinin birgə təşkilatçılığı ilə keçirilib.

Final mərasimində Vətən müharibəsi şəhidlərinin övladları Azərbaycan Himnini səsləndirib. Himnin sözləri, həmçinin, əlilliyi olan şəxslər tərəfindən işarət dilində təqdim olunub.

Çempionatda 5 əsas kateqoriya (BC1, BC2, BC3, BC4, BC5) və uşaq kateqoriyası üzrə 100-ə yaxın idmançı iştirak edib. Final mərhələsində hər kateqoriyada ən yaxşılar müəyyənləşib və qaliblər mükafatlandırılıb.

Qaliblərin siyahısı:

BC1

Oğlanlar:

1. Vüqar Hüseynov


2. Nəriman Pirquliyev


3. Rüfət Balaşov

 

Qızlar:

1. Fatimə Əliyeva


2. Leyla Məmmədli


3. Türkan Cəfərli

 


BC2

Oğlanlar:

1. Orxan Kərimov


2. Kamran Qurbanlı


3. Qalib Canıyev

 

Qızlar:

1. Sona Ağayeva


2. Fidan Səfquliyeva


3. Münəvvər Məmmədova

 


BC3

Oğlanlar:

1. Ramil Babayev


2. Samir Süleymanov


3. Qafqaz Hüseynov

 

Qızlar:

1. Nurlana Hacıyeva


2. Zemfira Məcnunova


3. Natiqə Əmiraslanova

 


BC4

Oğlanlar:

1. Zaur Veysəlov


2. Tural Qəhrəmanov


3. Meybulla Abadzadə

 

Qızlar:

1. Günel Rzazadə


2. Xəyalə Bayramlı


3. Nataliya Babayeva

 


BC5

Oğlanlar:

1. Fərid Ağabalayev


2. Seymur Hacıyev


3. Ramid Əliyev

 

Qızlar:

1. Əfsanə Məmmədəliyeva


2. Ayşə Hüseynova


3. Nigar Novruzova

 


Uşaqlar

Oğlanlar:

1. Aqşin Zeynallı


2. Yusif Mehrəliyev


3. Pərviz Cəfərzadə

 

Qızlar:

1. Fidan Sadıqova


2. Aydan Göyüyeva


3. Gülər Əsgərova

 


Qeyd edək ki, çempionat beynəlxalq boççia təşkilatı BISFED-in qaydalarına uyğun təşkil olunub.

Müəllif: Bəhruz MƏMMƏDOV