"KOREYA SƏFİRİ KUBOKU" KEÇİRİLƏCƏK

ESTAFET/ Azərbaycan Taekvondo Federasiyasının (ATF) və Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə taekvondo üzrə gənclər arasında "Koreya səfiri kuboku" keçiriləcək.

 

Sayca üçüncü olan bu yarış 16-17 sentyabr 2017-ci il tarixlərində Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq. Turnirə respublikamızda fəaliyyət göstərən taekvondo bölmələrinin və klublarının, 2000-2003-cü il təvəllüdlü gənc idmançıları dəvətlidir.


Xatırladaq ki, adıçəkilən turnir 2015-ci ildən keçirilir. İlk yarış Qəbələdə, növbəti yarış isə ötən il Quba şəhərində təşkil olunub.