Şağan Olimpiya İdman Kompleksində Alpaqut Turan döyüş sənəti üzrə IX Azərbaycan çempionatı keçirilir

21-22 dekabr 2024-cü il tarixlərində Şağan Olimpiya İdman Kompleksində Alpaqut Turan Döyüş Sənəti üzrə IX Azərbaycan çempionatına start verilib. Turnir Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Milli İdman Növləri Assosiasiyası və Dünya Alpaqut Federasiyasının Azərbaycan Nümayəndəliyinin birgə dəstəyi ilə həyata keçirilir.

Çempionatda ölkənin müxtəlif bölgələrindən gəlmiş 20 komandanın tərkibində 435-dən çox idmançı iştirak edir. Yarışda idmançılar Alpaqut Döyüş Sənətinin Ayça, Batur, Caymaz, Qurşaq və Kaçut sistemləri üzrə öz bacarıqlarını nümayiş etdirirlər.

Turnir milli döyüş sənətimizin təbliği və idmançılar arasında rəqabət ruhunun artırılması baxımından böyük əhəmiyyət daşıyır.

Müəllif: Bəhruz MƏMMƏDOV