NAZİR UNİVERSİADA MÜKAFATÇILARINI QƏBUL ETDİ
ESTAFET/ Bu gün gənclər və idman naziri Azad Rəhimov Çin Xalq Respublikasının Taypey şəhərində keçirilən Tələbələrin XXIX Ümumdünya Yay Universiadasından vətənə medalla qayıdan idmançıları qəbul edib.
Nazir son illərdə idman sahəsində qazanılan uğurlardan, Taypeydən vətənə qayıdan idmançıların böyük əksəyyitənin ölkəmizdə bundan öncə keçirilən mötəbər yarışlarda əldə etdikləri qələbələrindən söz açaraq, onların hər birinin idmanın inkişafında böyük rol oynadığını diqqətə çatdırdı.
Azad Rəhimov: "Azərbaycan Universiadaya 90-cı illərdən qatılır. Tarixə nəzər salsaq aydın şəkildə həm medal, həm də idmançı sayında artımı görmək mümkündür. Bu da təbii ki, öz növbəsində ölkə başçısı Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əlyevin idmançılara göstəridiyi diqqət və qayğıdan xəbər vermiş olur. Diqqətin daha bir əyani nümunəsi ölkə başçısı tərəfindən sizin hər birinizin mükafatlandırılması ilə bağlı imzaladığı Sərəncamdır ki, məhz bu Sərəncamdan da irəli gələrək bu gün mükafatlar böyük məmnuniyyətlə sizə təqdim olunacaq."
Daha sonra söz Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseyzadəyə verildi. Çingiz Hüseynzadə də, idmançıları səmimi qəlbdən təbrik edib, onların uğurlarının ölkə idmanının inkişafında böyük rol oynadığını diqqətə çatdırıb, hər birinə gələcək yarışlarda uğurlar arzu etdi.
Sonda, ölkə başçısı, Milli Olimpiya Komitəsi cənab İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən Çin Xalq Respublikasının Taypey şəhərində keçirilən Tələbələrin XXIX Ümumdünya Yay Universiadasından vətənə medalla qayıdan idmançıların mükafatlandırma mərasimi baş tutdu.