Fevralın 4-dən başlayaraq voleybol üzrə Yüksək Liqada IX tur oyunları start götürür

Qadın və kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları keçiriləcək.

Fevralın 4-də qadınların Yüksək Liqasında IX turun qarşılaşmaları baş tutacaq. Kişi voleybolçular arasında IX turun oyunları isə 5-6 fevral tarixlərində təşkil olunacaq.

Yüksək Liqa (qadınlar)
IX tur
4 fevral

15:00. UNEC - “Gəncə”
Ünvan: UNEC VK-nın idman zalı
AVF-nin rəsmi youtube kanalında canlı yayımlanacaq

16:00. “AZERRAIL” - “Abşeron” Ünvan: GİN-nin Voleybol Mərkəzi
CBC Sport (canlı)

18:00. “Murov Az Terminal” - “Milli Aviasiya Akadekiyası”
Ünvan: GİN-nin Voleybol Mərkəzi
CBC Sport (canlı)

Yüksək Liqa (kişilər)
IX tur
5 fevral

16:00. “AZERRAIL” - MOİK
Ünvan: GİN-nin Voleybol Mərkəzi

6 fevral
16:00. “Gənclər” - “Neftçi”
Ünvan: Sumqayıt OİK

17:00. “Xilasedici” - “Murov Az Terminal”
Ünvan: FHN-nin idman zalı
Oyunlar AVF-nin rəsmi youtube kanalında canlı yayımlanacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV