Karateçilərimiz 52-ci Avropa çempionatında iştirak edəcək

Azərbaycanın yeniyetmə və gənclərdən ibarət karateçiləri Polşanın Bielsko-Biala şəhərində  52-ci Avropa çempionatında iştirak edəcək.

Yığmamız Avropa çempionatında 28 nəfərdən ibarət heyətlə baş məşqçi Anar Allahverdiyevin, məşqçilər Şahin Xudaverdiyev və İsmayıl Quliyevin rəhbərliyi altında kumite və kata növlərində mübarizə aparacaq.

Bundan başqa, beynəlxalq dərəcəli hakimlərimiz  Cahangir Babayev və Rənad Əliyev yarışda hakim qismində çıxış edəcəklər.

Yığmamız yarışa Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Fəqan Səfərovun,  Azərbaycan Karate Federasiyasının  vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadovun rəhbərliyi altında yollanıb.

Qeyd edək ki,  yarış fevralın 7-dən 9-dək davam edəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV