Kişi voleybolçular arasında Yüksək Liqada IX turun oyunu keçirilib
![](https://estafet.az/uploads/news/2025-02/_estafetaz_ed23d590c2a7ce0e95f803168_o.jpg)
Bu gün GİN-nin Voleybol Mərkəzində “AZERRAIL” və MOİK komandaları üz-üzə gəliblər. Oyun “AZERRAIL” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, IX turun növbəti oyunları sabah keçiriləcək. Sumqayıt OİK-də “Gənclər” klubu “Neftçi”lə, FHN-nin idman zalında baş tutacaq turun son qarşılaşmasında isə “Xilasedici” komandası “Murov Az Terminal”la üz-üzə gələcək.
Oyunun nəticəsi
Yüksək Liqa
IX tur
5 fevral
“AZERRAIL” - MOİK 3:0 (25:16, 25:17, 25:14)
6 fevral
16:00. “Gənclər” - “Neftçi”
Ünvan: Sumqayıt OİK
17:00. “Xilasedici” - “Murov Az Terminal”
Ünvan: FHN-nin idman zalı
Oyunlar AVF-nin rəsmi youtube kanalında canlı yayımlanacaq.
![](https://estafet.az/img/foto200x133.png)