Azərbaycan karateçiləri Avropa çempionatında bürünc medal qazandı

Azərbaycan Karate Federasiyasının məlumatına görə, 14-15 yaşlı yeniyetmələrdən ibarət yığma komandanın üzvləri Vüsal Qənbərov (-52 kq) və Əliəşrəf Qafarov (-57 kq) karate üzrə 52-ci Avropa çempionatında bürünc medal qazanıblar.
Azərbaycan millisi çempionatda 28 idmançıdan ibarət heyətlə təmsil olunur. Sabah isə 16-17 yaşlı karateçilər mübarizəyə qoşulacaq.
Qeyd edək ki, Polşanın Bielsko-Biala şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa çempionatı fevralın 9-dək davam edəcək.
